Tarix: 27-04-2023 | Saat: 14:34
Bölmə:Karusel / Siyasət | çapa göndər
Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan tərəfdir.
Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Vətən Müharibəsinə qədər danışıqlar prosesinin vasitəçilərin çağırışları Ermənistana heç bir təzyiq etməməsi ilə bağlı Azərbaycanın müəyyən gözləntisi var idi. Uzunmüddətli gözləntilər sonradan məyusluğa çevrildi.
Bizim tərəfimizdən qaldırılan məsələlərin cavabı həmişə o idi ki, siz bizi başa düşməlisiniz. Bizim vasitəçi rolumuz və funksiyamız var. Biz bir çərçivə yaratmalı və Ermənistan-Azərbaycan arasında danışıqları, birbaşa təmasları təşviq etməliyik. Bunun nəticəsində də sülhə nail olmalıyıq. Biz təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında, bir növ, bərabərlik işarəsi qoyurduq. Yəni, bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələsə təmkinlə yanaşırdı. Amma bu gün biz bir sıra hallarda fərqli davranışları görürük”, - nazir əlavə edib.
Digər xəbərlər