Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın ələ keçirdiyi erməni terrorçuların qohumları aksiya keçirdi (VİDEO)
Tarix: 31-03-2022 | Saat: 14:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın ələ keçirdiyi erməni terrorçuların qohumları aksiya keçirdi (VİDEO)

 

Bu gün səhər tezdən İrəvandakı hökumət binasının yanında 2020-ci ilin dekabrın 13-də Xocavənd rayonunun Çaylaqqala kəndi ərazisində terror əməliyyatına cəlb olunan və sonradan Azərbaycan ordusunun hərbçiləri tərəfindən ələ keçirilən erməni terrorçuların qohumları aksiya keçirib.
Qarabaginfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, binanın giriş qapısını daşa basan aksiyaçılar hökümət əleyhinə şüarlar səsləndirərək, övladlarının qaytarılmasını tələb ediblər. 
Bundan sonra polis etirazçılardan birini həbs etmək üçün güc tətbiq edib. Ardınca Bakı həbsxanalarında saxlanılan erməni terrorçuların yaxınları Tiqran Mets prospekti-Respublika meydanı yolunu bağlamağa çalışıb.


Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər