Saytımızı qiymətləndirin


 
 

Bayden Azərbaycana yeni səfirin namizədliyini təsdqiləyib –Senat komitəsi Libbini dəstəklədi
Tarix: 15-07-2023 | Saat: 09:08
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

İyulun 13-də axşam saatlarında ABŞ Senatının Xarici Əlaqələr Komitəsi prezident Co Baydenin Azərbaycanda səfir postuna irəli sürdüyü namizədi təsdiqləyib. Bununla da yaxın günlərdə onun Senatın tam tərkibi tərəfindən təsdiqlənməsinə yol açıb.

Azpost.info bildirir ki, Turan ABŞ Senatındakı mənbələrə istinadən bildirib.

“Onun namizədliyi artıq Senatın icra təqviminə daxil edilib”, – mənbə deyib.

İyunun 14-də təsdiqlənmə üzrə dinləmələrdə peşəkar diplomat Mark Libbiyə Qarabağla bağlı sülh danışıqları, insan hüquqları və təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığına dair suallar verilib.

Libbi deyib ki, əgər təsdiqlənərsə Vaşinqtonun ədalətli və davamlı sülh sazişini təşviq etmək səylərini dəstəkləyəcək. “Bu faciəli münaqişə acı bir ağrı və inamsızlıq mirası qoyub”, – o əlavə  edib.

Lakin Libbinin dediyi kimi, sülh sazişinin imzalanması hələlik ancaq ilk addımdır. “Təsdiqlənərsəm, mümkün nizamlanmanın reallaşmasını dəstəkləmək üçün Bakıda səfirliyin idarələrarası qrupuna rəhbərlik edəcəyəm”, – o deyib.

Libbinin sözlərinə görə, sülh sazişi Vaşinqton və Bakıya da əməkdaşlığını yeni səviyyəyə qaldırmağa imkan verəcək. «… Terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir. Əgər təsdiqlənərsəm, bu sahələrdə səylərimizi ikiqat artıracağam”.

Libbi üçün insan hüquqları sahəsində demokratiya ABŞ-ın xarici siyasətinin əsasını təşkil edir, təkcə ona görə yox ki,  “dəyərlərimizi əks etdirir, həm də ona görə ki,  sülh və firavanlıq üçün ən yaxşı təməl sayılırlar”.

“Təsdiqlənərsəm əgər, Azərbaycanlı liderlərin və vətəndaşlarının geniş dairəsilə hörmətli, lakin çox açıq dialoq aparmağı, bu dəyərləri, Azərbaycanda və bütövlükdə regionda hüquq və azadlıqları təkidlə müdafiə etməyi öhdəmə götürürəm”, –  Libbi bildirib.

 



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər