Saytımızı qiymətləndirin


 
 

Ermənistanda burulğan öncəsi “sükut” - Paşinyan “Qarabağ klanı” ilə həlledici döyüşə çıxır
Tarix: 19-06-2021 | Saat: 16:27
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda burulğan öncəsi “sükut” - Paşinyan “Qarabağ klanı” ilə həlledici döyüşə çıxır

Ermənistanda Seçki Məcəlləsinə uyğun olaraq bu gün sükut günüdür.

Qarabaginfo.az xəbər verir ki, iyunun 20-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki məntəqləri səhər saat 08:00-da açılacaq. Bundan başqa, elektron səsvermə də keçirilib. İyunun 13-də başa çatan səsvermə zamanı 650 nəfər səs verib.

Seçkilərdə 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edir. Seçki məntəqələrinə gələn seçicilərə bütün 25 siyasi qüvvənin ayrı-ayrılıqda yer aldığı bülletenlər təqdim olunacaq və onlardan yalnız birini seçərək konvertə qoyacaqlar. Buna görə də seçicilərin bülletenə işarə qoymasına ehtiyac qalmayacaq.

Modern.az-ın yazdığına görə, Ermənistanda seçkiləri işıqlandırmaq üçün 49 xarici və 68 yerli KİV akkreditasiyadan keçib. Prosesi 8 beynəlxalq və 19 yerli təşkilat müşahidə edəcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 2 milyon 583 min 823 nəfərin səsvermə hüququ var. 38 seçki dairəsində 2008 seçki məntəqəsi açıqlacaq.

MPG/Gallup təşkilatının keçirdiyi sorğuya əsasən, Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku ilk pillədə, baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim “Mülki müqavilə” təşkilatı isə ikinci pillədə qərarlaşıb.

- “Ermənistan” bloku – 28,7%

- “Mülki müqavilə” partiyası – 25,2%

-“Şərəf duyuram” bloku – 10,8%

-“Çiçəklənən Ermənistan” partiyası – 5,4%

-“İşıqlı Ermənistan” – 5,2%

- Digər siyasi partiyalar – 12,7%

Suala cavab verməkdə çətinlik çəkənlər – 12%

Seçkilərdə səsvermə hüquq olan vətəndaşların 51,1%-i qatılacaq. Seçkilər baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun liberal yönümlü tərəfdarları ilə “Qarabağ klanı” və erməni millətçiləri arasında 2008-ci ildən davam edən siyasi mübarizəni yekunlaşdırmalıdır. (Yenisabah) 



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər