Saytımızı qiymətləndirin


 
 

Laçın şəhərdaxili yolların bərpası işləri sürətlə aparılır - FOTO - VİDEO
Tarix: 05-10-2023 | Saat: 10:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın şəhərdaxili yolların bərpası işləri sürətlə aparılır - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə icra olunur.

Qarabaginfo.az xəbər verir ki, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir. Küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir.

Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulur ki, bu da burda yaşayan əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin edir.



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər