"Qarabağ bölgəsi işğal altında olanda biz qoşun göndərərək bir neçə şəhid vermişik".
Qarabaginfo.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur deyib.
O xatırladıb ki, İranın milli təhlükəsizliyi və maraqları "qırmızı xətt"dir: "Bu məsələdə həssas olduğumuz üçün "Sepah"ın Quru Qoşunları müvafiq vəzifələrini həyata keçirir.
M. Pakpur 10 gündür İran-Azərbaycan sərhədində həyata keçirilən hərbi təlimlərə toxunaraq qeyd edib: "Müxtəlif təlim proqramları gündəmdədir, lakin təlimin yeri və vaxtı həmin ərazinin həssaslığından asılıdır.
Fars körfəzi regionu ölkənin enerji təchizatına görə xüsusi əhəmiyyət kəsb edir, ona görə də nüfuzumuzu dünyaya göstərmək üçün hər il orada çoxlu təlimlər keçiririk.
Araz və Qafqaz bölgəsində də bu həssaslıqlar var. Qarabağ bölgəsi işğal altında olanda biz qoşun göndərərək bir neçə şəhid vermişik, lakin geosiyasi sərhədlərdə bir dəyişiklik olarsa, bunu heç bir şəkildə qəbul etməyəcəyik".
"Sepah" generalı əlavə edib: "Düşmənimiz olan sionist rejim (İsrail) müxtəlif şirkətlər şəklində şimal sərhədlərindəki bəzi qonşu dövlətlərimizdə baza qurur və bu cinayətkar rejimin sərhədlərimizdə bazası olmasına qəti şəkildə icazə verməyəcəyik.
İslam Respublikası harada təhlükə hiss edirsə, o bölgəyə böyük silahlı qüvvələr göndərir və onları orada yerləşdirir".(Yenisabah)