Saytımızı qiymətləndirin


 
 

Baş prokuror Litva Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb
Tarix: 30-03-2022 | Saat: 18:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluq: "Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır" » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Martın 30-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizə səfər edən Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri - tərəfdaş ölkənin layihə rəhbəri Jidrunas Bartkus və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan verilən xəbərə görə, görüş zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də prokurorluqda həyata keçirilən islahatlardan söhbət açaraq prokurorluqda cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə geniş məlumat verib.

Kamran Əliyev cari ilin may ayında Bakıda layihə çərçivəsində baş tutacaq Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskienenin səfərini və sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Jidrunas Bartkus Avropa İttifaqı, o cümlədən Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamışdır. Aprelin 01-də keçiriləcək “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsinin rəhbər komitəsinin ilk iclası və gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib.

J.Bartkus aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsini paylaşaraq fikir mübadiləsinin aparılmasında maraqlı olduqlarını və bu sahədə Azərbaycan Respublikasının qanunvericilik bazasının təkmilləşdirilməsində aparılan işlərin səmərəliliyinin artırılmasında böyük rolunun olacağını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər