Şəhid Orxan Qəhrəmanovun doğum günü qeyd olunub
Tarix: 26-03-2022 | Saat: 21:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bugün İkinci Qarabağ Savaşında şəhid olmuş topçu Qəhrəmanov Orxanın doğum günü qeyd olundu.
Şəhid valideynləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri, şöbə müdirləri, YAP Suraxanı Rayon Təşkilatının sədri, ictimaiyyət nümayəndələrinin toplandığı tədbir şəhidlərimizin ruhuna etiram əlaməti olaraq bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə açıq elan olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında topçu Orxan və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmişdir ki, Şəhidlərimizin iradəsi, qorxmazlığı, qeyrəti və qəhrəmanlığı sayəsində torpaqlarımızın uzun illərdi işğal altında olmasına son qoyulub. Şəhidlərimizin evinin artıq ziyarətgahlara çevrildiyini qeyd edən Əziz Əzizov bütün şəhid valideynlərinə dözüm və səbr arzulayıb.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, qazilər, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxışlarında müstəqil Azərbaycan uğrunda şəhadətə ucalan şəhidlərimizin keçdiyi şərəfli yoldan danışılıb, onların qanı bahasına əldə edilən qələbənin mahiyyətindən söhbət açılıb.
Gənc xanəndə İsmayıl Hacıyevin ifasında "Bayatı Şiraz" və "Xudayar təsnifi" tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir boyunca dini məddahların ifasında Quran ayələri və şəhid Orxan Qəhrəmanov həsr olunmuş mahnı səsləndirilib.
Qeyd edək ki, topçu Orxan Qəhrəmanov İkinci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşaraq Şəhid olmuşdur.
Orxan Qəhrəmanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə

1368 dəfə oxunub.
Digər xəbərlər

təltif edilib.

Xəbəri paylaş
Digər xəbərlər
2-09-2024, 20:17
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib, seçkilərdə qələbəyə görə təbriklərini çatdırıb
23-05-2022, 11:57
Həmkarı İlham Əliyevə məktub göndərdi
21-01-2022, 10:38
İrandan Azərbaycana 22 kq narkotik gətirilməsinin qarşısı alınıb - FOTO
21-06-2023, 15:48
Kim dedi ki, yolu FSB qoruyacaq? - Qriqoryan
12-04-2024, 13:51
AMEA doktorantura və dissertanturaya qəbul elan edir –ŞƏRTLƏR
14-07-2022, 11:34
Şuşada Vaqif Poeziya Günləri başlayıb
6-02-2023, 18:41
DTX Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib
12-10-2022, 11:42
MEDİA: İstinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı var
4-06-2024, 10:55
Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ
29-01-2018, 10:17
Prezidentin iştirakı ilə "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na dair konfrans keçirilir