Tarix: 21-03-2022 | Saat: 13:07
Bölmə:Karusel / Dünya | çapa göndər
Belaruslular Belarus qoşunlarının Ukrayna ərazisinə yeridilməsi üçün maneələr yaradırlar.
Qarabaginfo.az Redaktor.az-a istinadla xəbər verir ki, bunu Tvitterdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın müşaviri Franak Vyaçorka bildirib.
"Belarus partizanlar diyarıdır. Qəhrəmanlarımız rus qatarlarını saxlayır, rus texnikasını zədələyir, Belarus qoşunlarının Ukraynaya daxil olmasının qarşısını almaq üçün vərəqələr paylayır. Ukrayna qalib gələcək, Belarus da bu işdən çıxacaq", - Vyaçorka bildirib.
O, həmçinin Belarusun “Dəmiryolu Müqaviməti-2022” xəritəsini dərc edib. Bu, Belarus partizanlarının hərəkətlərinin nəticələrini daşıyır.
Ukraynalı dəmiryolçular belaruslu həmkarlarını cinayət əmrlərinə tabe olmamağa və Rusiya hərbi qatarlarını Ukraynaya doğru sürməməyə çağırıblar.
Belarus dəmiryolçuları belarusları Ukrayna ilə müharibəyə cəlb etməyə kütləvi şəkildə müqavimət göstərirlər.
Xüsusilə, “Ukrzaliznitsa”nın rəhbəri Aleksandr Kamışin onlara hərbi texnikanın Ukraynaya daşınması imkanını istisna edərək, bölmələrdən birində işıqforun və gediş-gəlişin idarə edilməsini sıradan çıxardıqlarına görə təşəkkür edib.
Kamışin daha sonra bəyan edib ki, Belarusla Ukrayna arasında artıq dəmir yolu əlaqəsi yoxdur. O, bir daha vicdanlı Belarus dəmiryolçularına təşəkkür etdi, lakin təfərrüatları açıqlamaqdan imtina edib.
Sonradan məlum olub ki, Belarusiyada xüsusi təyinatlılar Qomel və Brest bölgələrində Belarusiya Dəmir Yollarının yollarını və infrastrukturunu qoruyacaqlar. Patrullar mülki geyimdə, lakin silahlar, telsizlər və GPS izləyiciləri ilə olacaq.
Digər xəbərlər