Saytımızı qiymətləndirin


 
 

Ermənistan 44 günlük müharibədə itkin düşən 200 hərbçini TAPA BİLMİR
Tarix: 11-01-2023 | Saat: 12:18
Bölmə:Karusel | çapa göndər

Ermənistan 44 günlük müharibədə itkin düşən 200 hərbçini TAPA BİLMİR

 

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında 44 günlük müharibədə itkin düşənlərlə bağlı açıqlaması tənqidlərlə qarşılanıb.

Paşinyan bildirib ki,  2022-ci il tarixli sentyabr döyüşlərində və 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində itkin düşmüş hesab edilən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qarabaginfo.az-ın məlumatına görə, Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi daimi komissiyasının sədri, bitərəf deputat Taquhi Tovmasyandan baş naziri məsələylə bağlı məsuliyyətsiz açıqlama verməkdə qınayıb.

Tovmasyan “Joğovurd” qəzetinə açıqlamasında deyib: “Ölkənin baş nazirinin belə vacib məsələylə bağlı məlumatlara malik olmaması və ya problemlə guya, məşğul olduğunu iddia etməsinə təəssüflənirəm”.


Deputatın sözlərinə görə, faktiki olaraq 44 günlük müharibə nəticəsində itkin düşmüş hesab edilən 200-ə yaxın şəxsin axtarışları 2022-ci ilin yanvarından dayandırılıb.

“Mən bu məsələni Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrilə dəfələrlə müzakirə etmişəm, həmçinin dünyanın insan haqları məsələləri ilə məşğul olan müxtəlif strukturlarına və mərkəzlərinə onlarla müraciət göndərmişəm. Hələlik heç bir müsbət dəyişiklik yoxdur. Yaxşı olardı ki, ölkənin bir nömrəli rəsmisi mətbuat konfransına hazırlaşmazdan əvvəl müvafiq məlumatları dəqiqləşdirsin, qeyri-ciddi açıqlama verməsin”, - Taquhi Tovmasyan deyib.



Xəbəri paylaş

137 dəfə oxunub.

Digər xəbərlər