Paytaxt sakini sosial şəbəkələrdə xaricdən maşın gətirmək ilə bağlı elan görüb.
Qarabaginfo.az “Xəzər Xəbər“ə istinadən bildirir ki, Bakı sakini Hamlet Sadiqovun başına tragikomik hadisə gəlib. Belə ki, noyabr ayında “TikTok” platformasında xaricdən maşın gətirilməsi ilə bağlı elan görüb. Daha sonra həmin elanda qeyd olunan ofisə yaxınlaşıb. Bütün hadisələr də bundan sonra başlayıb.
O iddia edir ki, dəfələrlə gətirilməyən maşını üçün ödədiyi pulu geri almaq istəsə də, hər dəfə ona boş vədlər verilib.
Pulu 4 aydır ki, geri qaytarılmır.
Xatırladaq ki, xaricdən maşın gətirmək üçün məsələn, qiyməti 50 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı elektrik mühərrikli avtomobil üçün cəmi gömrük ödənişləri 325,4 manatdır. Həmçinin hazırda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı əlavə dəyər vergisindən azaddır. Bu baxımdan ölkəyə gətirilən qiyməti 30 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı hibrid avtomobil (mühərrikinin həcmi 2000 kubsantimetr) üçün cəmi gömrük ödənişləri 5005,4 manatdır. Bu avtomobil 2016-ci il istehsalı və benzin mühərrikli olarsa gömrük ödənişlərinin cəmi 16 min 180,8 manata təşkil edəcək. Dizel mühərriklidə isə bu məbləğ 16 min 393,2 manat olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: