Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 24-03-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksin vurduranların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 362 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 073, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 072, üç və daha çox doza vaksin vurduranların sayı 3 021 324, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 025 təşkil edir.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər