Saytımızı qiymətləndirin


 
 

Xalça muzeyinin direktoruna Fransanın ordeni təqdim olunub
Tarix: 15-02-2022 | Saat: 18:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xalça muzeyinin direktoruna Fransanın ordeni təqdim olunub

Xalça muzeyinin direktoru Şirin Məlikovaya İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsinin təqdim olunması münasibətilə Fransa Səfirliyinin İqamətgahında tədbir keçirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross Şirin Məlikovanın Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Səfir qeyd edib ki, Şirin xanım 20 sərginin kuratoru, 11 monoqrafiyanın və müxtəlif məqalələrin müəllifidir:

“O həmçinin Şərq xalçaçılıq sənəti üzrə mütəxəssisdir. 2016- ci ildən bəri Bakının ən görkəmli muzeylərdən birinə rəhbərlik edir. Bu yaxınlarda Fransa səfirliyi ilə əməkdaşlıq çərçivəsində önəmli bir sərginin keçirilməsində də iştirak edib. İncəsənət tarixdə olduqca önəmli rol oynayır. Biz incəsənət vasitəsilə öz mədəniyyətimizi nəsildən-nəsilə ötürüruk. Şirin xanım kimi insanlar indiki və gələcək nəsillərə mədəniyyətin aşılanmasında mühüm işlər görür. Mədəniyyət əlaqələrinə verdiyiniz töhfələrə görə sizə minnətdarlığımızı bildirir və ordeni sizə təqdim edirəm".

Sonra səfir ordeni Şirin Məlikovaya təqdim edib.

Şirin xanım öz çıxışında səfirə minnətdarlığını bildirib: "İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsini mənə təqdim etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycan və Fransa əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu işdə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mühüm rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif şəhərlərində mədəniyyətə həsr olunmuş tədbirlər keçirilir və bu artıq bir ənənəyə çevrilib. Azərbaycandakı Fransa səfirliyi biz azərbaycanlıları Fransa mədəniyyəti ilə tanış edir, tez-tez müxtəlif tədbirlər təşkil edir. Onu da qeyd edim ki, fransızlar bizim xalçalarımızı çox bəyənir. Bizim xalçalarımız Fransa muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Biz bundan sonra da mədəni əlaqələri daha da inkişaf etdirəcəyik", - o bildirib.

Qeyd edək ki, İncəsənət və Ədəbiyyat Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur.



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər