Naxçıvanda komanda-qərargah təlimləri keçirilir - VİDEO
Tarix: 01-04-2022 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

307 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-04-2022 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.
Qarabaginfo.az xəbər verir ki, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.
Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.
Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.
Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2019, 15:23
Prezident yarımstansiyanı işə saldı
13-11-2021, 16:56
DTA turizm sənayesi nümayəndələrinin Ağdam rayonuna səfərini təşkil edib
7-11-2025, 11:20
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
6-04-2023, 14:57
Qanunsuz balıq ovlayanlar saxlanıldı - FOTO
30-04-2022, 14:24
Ermənistanın kapitulyasiyasına imza atmaq həyatımda ən qürurlu hadisədir - PREZİDENT
20-06-2026, 19:39
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var
7-07-2023, 12:46
“Səhv İranındır və yəqin ki, səhvini başa düşür”
3-01-2021, 00:13
Qarşıdakı üç günün hava proqnozu
4-07-2026, 08:01
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı ABŞ vətəndaşını əfv edib
12-03-2021, 17:24
Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb - FOTO