Saytımızı qiymətləndirin


 
 

Polşa Aİ-ni Rusiya ilə ticarəti tam dayandırmağa çağırdı
Tarix: 19-03-2022 | Saat: 23:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polşa Aİ-ni Rusiya ilə ticarəti tam dayandırmağa çağırdı

Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına Rusiya ilə ticarəti tam dayandırmağı təklif edib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının növbəti iclasında Moskvaya qarşı yeni sanksiyaların qəbul edilə biləcəyini söyləyən Baş nazir jurnalistlərə deyib ki, Polşa bu paketə mümkün qədər tezliklə ticarət blokadasının da əlavə olunmasını təklif edir.

Rusiya gəmilərinin limanlara girişinə, həmçinin quru yollarla ticarətə qadağa qoyulmalıdır.

“Rusiyanın ticarətdən tam kənarlaşdırılması onu əlavə olaraq düşünməyə məcbur edəcək: bu dəhşətli müharibəni dayandırmaq daha yaxşı olmazmı. Burada mən etirazçıların tərəfindəyəm”, -deyə Mateuş Moravetski bildirib.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir sıra digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq edib.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər