Saytımızı qiymətləndirin


 
 

Göyçay sakini iki qonşusunu bıçaqlayıb
Tarix: 19-03-2022 | Saat: 23:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göyçay sakini iki qonşusunu bıçaqlayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub, xəsarət alanlar var.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə bu axşam saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəmnində dava baş verib. İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova və evə qonaq gələn digər qonşu, 1988-ci il təvəllüdlü Seyidov Hilal Sahib oğluna xəsarət yetirib. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin tərəfindən araşdırma aparılır.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər