Tarix: 29-09-2022 | Saat: 15:08
Bölmə:Karusel | çapa göndər
Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunan qayda və tələblərə uyğun xidmət təşkil olunub.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir:
"Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır".
Qeyd edək ki, bir neçə ildir metroda təhlükəsizlik məqsədilə girişdə introskop cihazı quraşdırılıb. Sərnişinlər metroya daxil olduqlarında əşyalarını həmin cihazdan keçirirlər. Cihazlara metro polisləri nəzarət edir. Son günlər isə "Bakı Metropoliteni"ndə sərnişinlərin əl əşyalarının yoxlanılmasına daha ciddi riayət edilir. Bu da öz növbəsində sıxlığı bir qədər də artırır.
Digər xəbərlər