Tarix: 19-03-2022 | Saat: 17:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya prezidenti Putinin Moskvada Krımın ilhaqının 8-ci ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə geyindiyi palto gündəmə gəlib.
Qarabaginfo.az xəbər verir ki, təxminən 22 min AZN dəyərində olan paltonun bir rusiyalının aylıq minimum maaşının təxminən 25 misli qədər olduğu açıqlanıb.
Bildirilir ki, palto italyan dizayner Loro Piano tərəfindən hazırlanıb.Onun dəyəri 10 min funt sterlinqdir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin tətbiq etdiyi sanksiyalarla rus xalqının maddi vəziyyəti günü-gündən çətinləşir.
Bir çox dizaynerlər ölkədəki mağazalarını bağladığı və rublun tarixi dəyərini itirdiyi bir vaxtda Rusiya liderinin paltosu gündəm yaradıb. Sosial mediada Putinin dəbdəbəli paltosuna, “Milyardlıq palto! O, belə şeyləri millət ac olanda geyinir”, “Bir tərəfdən Putinin dəbdəbəli kefləri, bir tərəfdən döyüşən insanlar”, “Putin soyqırım edir. Ukraynada isə Loro Piana paltolarını geyinir", “Rusiyalının illik maaşının 25 misli” kimi şərhlər yazılıb.
Digər xəbərlər