“Ermənistan mövqelərimizi Rusiyanın göstərişi ilə atəşə tutur...”
Tarix: 19-02-2022 | Saat: 11:58
Bölmə:Karusel / Qarabağ | çapa göndər
399 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-02-2022 | Saat: 11:58
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Eşidəndə ki, hardasa Ermənistan mövqelərindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub sizin beyninizdə hansı təsəvvür yaranır, fikir formalaşır? Demək bölgədə vəziyyət qeyri-sabitdir, müharibə təhlükəsi var. Əgər bəşəriyyət müharibə istəmirsə, rus sülhməramlılarının sülh zəmanəti kimi bölgədə qalmasını dəstəkləməlidirlər”
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloqun sözlərinə görə atəşkəs rejimi Rusiyanın göstərişi ilə pozulur:
“Çünki bu atışmalardan nə Ermənistana, nə də Azərbaycana xeyir gəlir. Amma nəzərə alsaq ki, Rusiya eyni dərəcədə bölgədə vəziyyətə nəzarət edir və atəşkəsin pozulması haqqında tələbləri həm erməni, həm də Azərbaycan tərəfi sözsüz yerinə yetirir. Rusiya isə öz siyasi məqsədinə çatır. Əslində azərbaycanlılarla ermənilərin birləşməsinin siyasi nəticəsi odur ki, rus getməlidir. Ona görə biz barışmamalı, düşmən olmalıyıq. Ona görə başıboş Azərbaycan jurnalistləri erməniləri, başıboş erməni jurnalistləri isə azərbaycanlıları söyür. Buna da rus baxıb sevinir”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
Xəbəri paylaş
Digər xəbərlər
25-01-2023, 19:47
Odessa UNESCO-nun "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib
17-09-2025, 08:52
Tramp "TikTok"un bloklanmasını təxirə salıb
24-09-2021, 11:49
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
23-04-2026, 10:59
Yeni Klinikaya direktor təyin olundu
19-01-2023, 10:33
Jurnalistlərin fəaliyyətinə müdaxilə edənlər cərimələnəcək
8-03-2022, 16:18
Ərdoğan: “Türkiyə Azərbaycanın imdadına yetişə bilirsə, güclü iradəmiz var deməkdir”
30-07-2021, 17:47
Ermənistan vətəndaşı ombudsmanın ofisinin qarşısında özünü yandırıb
1-02-2022, 11:34
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıb
3-11-2021, 14:17
Tərtərdə bərpa olunan evlərin sayı açıqlanıb

















