Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
Tarix: 15-03-2022 | Saat: 15:49
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

Azərbaycanda ödənişli yollar -

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,4% və 38,7% artıb.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 31,7 mln. ton yük daşınıb.

"Yüklərin 2,9%-i dəniz, 8,0 faizi dəmir yolu, 0,3%-i hava, 55,3%-i avtomobil nəqliyyatı, 33,5%-i isə boru kəməri ilə daşınıb", - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5% təşkil edib.

Məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 225,1 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,6%-i avtomobil nəqliyyatı, 13%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər
12-03-2021, 22:05 Ata Abdullayev saxlanıldı