Ana Sayfa > Karusel / İnfrastruktur > Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb15-03-2022, 15:49. Yazar: Admin |
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,4% və 38,7% artıb. Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 31,7 mln. ton yük daşınıb. "Yüklərin 2,9%-i dəniz, 8,0 faizi dəmir yolu, 0,3%-i hava, 55,3%-i avtomobil nəqliyyatı, 33,5%-i isə boru kəməri ilə daşınıb", - məlumatda qeyd olunur. Qeyd olunur ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5% təşkil edib. Məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 225,1 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,6%-i avtomobil nəqliyyatı, 13%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Geri dön |