Saytımızı qiymətləndirin


 
 

Hindistan Pakistana raket atdı XİN-dən açıqlama
Tarix: 11-03-2022 | Saat: 11:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hindistan Pakistana raket atdı XİN-dən açıqlama

 

Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham edib.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, martın 9-da Hindistandan atılan raket Pakistanın ərazisinə düşüb.

Qeyd olunub ki, Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası təqdim olunb.

“Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrinin olacağını nəzərə alması və gələcəkdə belə halların təkrarlanmaması üçün təcili təsirli tədbirlər görməsi barədə xəbərdarlıq edilib”, - nazirlikdən bildirilib.

Rəsmi İslamabad bildirib ki, 2022-ci il martın 9-da Hindistanın Suratqarxa rayonundan Pakistanın Mian-Çannu şəhəri yaxınlığına uçan aparata düşərək mülki şəxslərin əmlakına ziyan vurub.

Hidinstan tərəfi hadisəyə hələ ki, rəsmi münasibət bildirməyib.



Xəbəri paylaş

274 dəfə oxunub.

Digər xəbərlər