Həbsxanada ölən rusiyalı siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Rusiya vətəndaşlarına müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, o, rusları Putin əleyhinə kampaniyada iştirak etməyə və martın 17-də saat 12:00-da eyni vaxtda seçki məntəqələrinə gəlməyə çağırıb.
“Bu hərəkətdən hamı xəbər tutmalı, hər kəs başqa bir nəfəri özüylə gəlməyə razı salmalıdır. Eyni vaxtda gəlsək, səsimiz daha yüksək olacaq. Hər halda, bu, seçki deyil. Putin heç bir halda nə sizin, nə mənim, nə də bütün dünya üçün legitim prezident olacaq. Amma martın 17-də günorta saatlarında gəlib bir-birimizi görə bilərik. Görə bilərik ki, biz çoxuq və güclüyük”, – Navalnaya ruslara müraciətində bildirib.