Tarix: 09-03-2022 | Saat: 19:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə Penitensiar xidmətdə görüş keçirilib.
Xəbərə görə, BQXK ölkədəmizdə fəaliyyətinə yeni başlamış humanitar müdafiə işləri üzrə koordinator Byorn Oliver Ramı təqdim etmək və BQXK ilə Penitensiar xidmət arasında 2022-ci il üçün nəzərdə tutulmuş əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə qurumun nümayəndə heyəti Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qəbul edilib.
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov qonaqları salamlayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə mütəmadi işgüzar görüşlərin təşkilini və aktual məsələlərin müzakirəsini müsbət qiymətləndirib.
Penitensiar xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində müsbət dəyişikliklərin əldə edildiyi, beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olduqları bildirilibr. Həmçinin diqqətə çatdırılıb ki, COVİD-19 koronavirus pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi tərəfindən Penitensiar xidmətə dəstək nümayiş etdirilib, müxtəlif ianələr edilib.
Qeyd olunub ki, Penitensiar müəssisələrin rəhbərləri tərəfindən Komitənin nümayəndələrinə məhkumlarla görüşmək, saxlanma şəraitinin monitorinqlərini aparmaq üçün müvafiq şərait yaradılmışdır. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə penitensiar müəssisələrdə vərəmə qarşı mübarizədə yüksək nəticələrin əldə olunduğu və bir çox dövlətlərdə Azərbaycanın bu sahədəki müsbət təcrübəsinə uyğun modellərin tətbiq olunduğu xüsusilə vurğulanıb.
BQXK-nın nümayəndəsi Byorn Oliver Ram təcrübə mübadiləsi məqsədilə mövcud əməkdaşlığı daha da genişləndirməyə, cəzaçəkmə müəssisələrinin məsul əməkdaşları üçün müxtəlif mövzularda treninq-seminarların gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etməklə yanaşı, diğər aktual məsələlərə də toxunub.
Müzakirələr zamanı BQXK nümayəndələrini maraqlandıran bir sıra suallar cavablandırılmış, perspektivli layihələr barədə fikir mübadiləsi aparılımışdır. Əldə olunmuş ilkin razılığa əsasən, cari ilin aprel ayında Penitensiar xidmətin təlimçiləri, iyul ayında isə ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərlə çalışan əməkdaşlar üçün treninqlərin təşkili həyata keçiriləcək.
Görüşdə BQXK-nın nümayəndələri Zəlimxan Mestoyev, Nərmin Tağıyeva və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Digər xəbərlər