Saytımızı qiymətləndirin


 
 

İran yeni ballistik raketini təqdim etdi
Tarix: 09-02-2022 | Saat: 22:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran yeni ballistik raketini təqdim etdi

İran 1450 kilometr mənzilli “Xeybersheken” (Xeybərin qırıcısı) adlı yeni ballistik raketini təqdim edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, ballistik raket Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri və İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı, general Əmir Əli Hacızadənin raket bazasına səfəri zamanı nümayiş etdirilib.

Yeni ballistik raket yüksək manevr qabiliyyəti ilə 1450 kilometr uçuş məsafəsinə malikdir.

Qeyd edək ki, Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın sazişə qayıtması ilə bağlı nüvə danışıqları keçirilir. Tərəflərin danışıqlarda qərar mərhələsinə gəldikləri bildirilir.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər