Saytımızı qiymətləndirin


 
 

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək
Tarix: 02-07-2022 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

İyulun 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən Qarabaqinfo.az-a bildiriblər ki, yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa İli” çərçivəsində təşkil ediləcək. İyulun 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı yarış iki mərhələdən ibarət olacaq. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.

 

İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 kilometr məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.



Xəbəri paylaş

1197 dəfə oxunub.

Digər xəbərlər