Saytımızı qiymətləndirin


 
 

Odessada öldürülən azərbaycanlıların cənazəsi Moldovaya aparıldı
Tarix: 09-03-2022 | Saat: 10:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Odessada öldürülən azərbaycanlıların cənazəsi Moldovaya aparıldı

 

Xəbər verdiyimiz kimi, fevralın 27-də Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həyatını itirmiş, üç nəfər isə yaralanmışdı. 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, həlak olan azərbaycanlıların cənazələri artıq Ukraynadan çıxarılıb:

"Dünən cənazələr Odessadan çıxarılaraq Moldovaya aparılıb. Hazırda yaralılar Kişinyovda xəstəxanada, cəsədlər isə morqdadır. Səfirliklə bağlı işlər yerinə yetirildikdən sonra cənazələr ölkəyə gətiriləcək".

Qeyd edək ki, Odessada diversiya qrupununun hücumu nəticəsində İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu həlak olublar. Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur. Vəfat edənlərdən ikisi - Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.



Xəbəri paylaş

249 dəfə oxunub.

Digər xəbərlər