Saytımızı qiymətləndirin


 
 

Xorvatiya 1/4 finala yüksəlib
Tarix: 05-12-2022 | Saat: 22:02
Bölmə:Karusel / Manşet | çapa göndər

Xorvatiya 1/4 finala yüksəlib

DÇ-2022-nin 16-cı oyun gününə start verilib.

Qarabaginfo.az-ın məlumatına görə, 1/8 final mərhələsinin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlib.

 

Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar son mundialın vitse-çempionu ilə görüşə də iddialı çıxıb. İlk yarının sonlarında Dayzen Maeda yaponları hesabda önə çıxarıb – 1:0. İkinci hissənin əvvəlində İvan Perişiç bərabərlik qoluna imza atıb – 1:1.

90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən rəqiblər DÇ-2022-dəki ilk əlavə vaxtda oynamalı olub. Lakin bu yarım saat qolsuz başa çatıb.

1/4 finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Oyunsonrası “lotereya”da daha dəqiq olan Xorvatiya mundialın 8 ən güclü komandası sırasına yüksəlib.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/8 final
5 dekabr
19:00. Yaponiya - Xorvatiya - 1:1, pen. 1:3
Qollar: 
Dayzen Maeda, 44 - İvan Perişiç, 54



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər