Ana Sayfa > Karusel / Manşet > Xorvatiya 1/4 finala yüksəlib
Xorvatiya 1/4 finala yüksəlib5-12-2022, 22:02. Yazar: Admin |
DÇ-2022-nin 16-cı oyun gününə start verilib. Qarabaginfo.az-ın məlumatına görə, 1/8 final mərhələsinin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlib.
Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar son mundialın vitse-çempionu ilə görüşə də iddialı çıxıb. İlk yarının sonlarında Dayzen Maeda yaponları hesabda önə çıxarıb – 1:0. İkinci hissənin əvvəlində İvan Perişiç bərabərlik qoluna imza atıb – 1:1. 90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən rəqiblər DÇ-2022-dəki ilk əlavə vaxtda oynamalı olub. Lakin bu yarım saat qolsuz başa çatıb. 1/4 finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Oyunsonrası “lotereya”da daha dəqiq olan Xorvatiya mundialın 8 ən güclü komandası sırasına yüksəlib. Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. DÇ-2022 Geri dön |