Saytımızı qiymətləndirin


 
 

Ermənistanda müxalif lider saxlanıldı
Tarix: 09-12-2021 | Saat: 22:36
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda əhalinin sayı azalıb

Ermənistanda Vardenis şəhərinin keçmiş meri Aram Arutyunyan vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı açılan cinayət işi ilə bağlı saxlanılıb.

Bu barədə Ermənistan KİV-ləri ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunur ki, istintaq, məmurun tabeliyində olan iki nəfərlə birlikdə əhalinin sosial cəhətdən aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin oğurlanmasını təşkil etməsini müəyyən edib. Bunun üçün idarə rəisi əlaltıları ilə birlikdə sosial müavinətlərin verilməsi adı ilə adına vəsait ayrılan 250 sakinin pasport məlumatlarını kompüter bazasına daxil edib.

Bütün göstərilən dövr ərzində təxminən 465 min ABŞ dolları mənimsənilib. İlkin araşdırma zamanı 2017-2018-ci illərdə bu vəzifəni tutmuş keçmiş mer, eləcə də onun iki keçmiş tabeliyində olan şəxs vəsaitlərin mənimsənilməsi faktını etiraf edib.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər