Tarix: 05-03-2022 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Müdafiə Nazirliyi Azərbaycan Ordusunda bağlaşma əsasında könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə qəbul edilmələri üçün fiziki cəhətdən sağlam, məhkumluğu olmayan, 35 yaşınadək ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulunu elan edib.
Bu barədə Qarabaqinfo.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
"Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə ərizə ilə və ya Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət edə bilərlər.
Məhkumluğu olan, xəstəliyə və xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi)", - deyə məlumatda qeyd edilib
Digər xəbərlər