Tarix: 16-05-2021 | Saat: 12:27
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı vəziyyət dəyişməyib.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi mövcud durumun hazırda sabit olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən heç bir istehkam əməliyyatının aparılmadığını, vəziyyəti ağırlaşdırmağa çalışmadıqlarını bəyan edib.
"Artıq xəbər verdiyimiz kimi, vəziyyətin sülh yolu ilə həlli ilə bağlı danışıqlar bu gün saat 14:00-da davam etdiriləcək", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, Azərbaycan hazırda beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir – başqa sözlə, sərhədin demarkasiyası və delimitasiyası həyata keçirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.
Yəni Azərbaycan BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazizisindən 1 sm də irəli getməyib.
Azərbaycan Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etməsi rəsmi İrəvan tərəfindən beynəlxalq aləmə hay-küylə təqdim olunur.(Modern)
Digər xəbərlər