Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda sərgi və konfrans mövsümü start götürür
Tarix: 01-03-2022 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda sərgi və konfrans mövsümü start götürür

Bu ilin mart ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi və konfrans mövsümü start götürür.

Şirkətdən Qarabaginfo.az-a verilən məlumata görə, təqvimdə ilk olaraq martın 5-i təşkil olunacaq “Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün IV konqres” yer alıb.

Sərgi mövsümü isə 20 - 22 aprel tarixində keçiriləcək “19-cu Xəzər beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi ilə start götürəcək. Eyni zamanda qeyd olunan tarixdə paralel olaraq 10-cu yubiley “Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat” sərgisi də keçiriləcək.

May ayında keçiriləcək sərgilər siyahısında isə “27-ci Azərbaycan beynəlxalq qida sənayesi sərgisi” və “15-ci yubiley Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi” yer alıb. Bu iki sərgi 18 - 20 may tarixlərində təşkil olunacaq.

2022-ci ildə Azərbaycanın energetika sənayesi üçün mühüm tədbirlərdən biri də 1-3 iyun tarixində keçiriləcək “27-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi” və “10-cu yubiley Xəzər beynəlxalq energetika və bərpa olunan enerji sərgisi” olacaq. Bu sərgilərlə yanaşı “27-ci Bakı enerji forumu” da keçiriləcək.

Bütün sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər