Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda sərgi və konfrans mövsümü start götürür
Azərbaycanda sərgi və konfrans mövsümü start götürür1-03-2022, 16:41. Yazar: Admin |
Bu ilin mart ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi və konfrans mövsümü start götürür. Şirkətdən Qarabaginfo.az-a verilən məlumata görə, təqvimdə ilk olaraq martın 5-i təşkil olunacaq “Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün IV konqres” yer alıb. Sərgi mövsümü isə 20 - 22 aprel tarixində keçiriləcək “19-cu Xəzər beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi ilə start götürəcək. Eyni zamanda qeyd olunan tarixdə paralel olaraq 10-cu yubiley “Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat” sərgisi də keçiriləcək. May ayında keçiriləcək sərgilər siyahısında isə “27-ci Azərbaycan beynəlxalq qida sənayesi sərgisi” və “15-ci yubiley Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi” yer alıb. Bu iki sərgi 18 - 20 may tarixlərində təşkil olunacaq. 2022-ci ildə Azərbaycanın energetika sənayesi üçün mühüm tədbirlərdən biri də 1-3 iyun tarixində keçiriləcək “27-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi” və “10-cu yubiley Xəzər beynəlxalq energetika və bərpa olunan enerji sərgisi” olacaq. Bu sərgilərlə yanaşı “27-ci Bakı enerji forumu” da keçiriləcək. Bütün sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək. Geri dön |