Saytımızı qiymətləndirin


 
 

“Müəllimlərin sayı artsa, maaş azala bilər” – Emin Əmrullayev
Tarix: 01-03-2022 | Saat: 15:58
Bölmə:Karusel / Təhsil | çapa göndər

Emin Əmrullayev "təhsil haqlarının ləğv edilməsinin təhsildə rəqabət prinsipindən imtina olduğunu" deyir - BBC News Azərbaycanca

"10-15 il əvvəl təhsildə buraxdığımız səhvlərin nəticələri ağır olur". 


Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində deyib. 

 

Nazir bildirib ki, işə götürülən müəllimlərin sayı süni şəkildə artırılsa, maaş azala bilər:

 

"Elə olub ki, məktəb direktoru 10-15 il bundan əvvəl 24 saat fizika dərsini 6 müəllim arasında bölüb. Bu zaman təbii ki, müəllimin maaşı aşağı olur. Bəzən deyirlər ki, filan yerdə müəllim işdən çıxıb, amma vakansiya yoxdur. Biz çalışırıq ki, müəllimlərin seçimi zamanı siniflərin sayına, dərs yükünün miqdarına görə bölgü aparaq.  Hazırda orta məktəblərdə şagird-müəllim nisbəti düzəlib.  

 

Məsələn, biz bu dəfə 6 min yox, 18 min müəllimi işə götürsək, yenə də 6 min müəllimin maaşı qədər maaş verəcəyik. Ona görə də, bununla bağlı ciddi dəyişikliklər hələlik çətindir".



Xəbəri paylaş

547 dəfə oxunub.

Digər xəbərlər