Tarix: 10-06-2020 | Saat: 10:06
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) 105 kilometr uzunluğunda olan dəniz hissəsinin tikintisi uğurla başa çatıb.
Qarabaginfo.az xəbər verir ki, TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, bu mərhələyə İtaliyanın “Saipem” şirkətinə məxsus “Castoro Sei” barja vasitəsi ilə 36 düymlük borularının quraşdırılması, Alban sularında sahil infrastrukturu ilə yerüstü kommunikasiyaların qurulması, həmçinin təhlükəsizliyini və istismar hazırlığını təmin etmək üçün obyektin sınaqda keçirilməsi daxil idi.
Məlumatda qeyd edilir ki, 2020-ci il yanvarın ortalarında “Castoro Sei”nin göyərtəsində sınaqdan keçirilən borular, İtaliya sahillərindən Albaniyaya qədər Adriatik dənizinin dibi boyunca davamlı olaraq çəkilib. Adriatik dənizinin dibi ilə quraşdırılan borular 25 kilometri İtaliya ərazi sularında, 43 kilometri beynəlxalq sularda və 37 kilometri Albaniya ərazi sularında yerləşir. Boru kəmərinin ən dərin nöqtəsi dəniz səviyyəsindən təxminən 810 metr aşağıda yerləşir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. Aprel ayının axırına olan məlumata əsasən, kəmərin inşa işləri 95,1% yekunlaşıb. APA
Digər xəbərlər