Tarix: 19-04-2022 | Saat: 21:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, bütün tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlər çoxdur”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə keçirdiyi görüşdən sonra deyib.
O, görüşdə Azərbaycanın öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymasından sonra görülən işlər haqda məlumat verdiyini qeyd edib: “Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində öz imkanları hesabına geniş bərpa-quruculuq işləri həyata keçirir. Bütün infrastruktur yenidən bərpa olunur, yeni şəhərlər, kəndlər tikilir”.
Azərbaycan-Gürcüstan münasibətlərinə toxunan S.Qafarova bildirib ki, xalqlarımız arasında dostluğun qədim tarixi var: “Onlar əsrlər boyu bir yerdə olub, həmişə dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar, əməkdaşlığımız da məhz bu möhkəm təməl üzərində qurulub. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası münasibətlərimiz ardıcıl şəkildə inkişaf edir”.
Digər xəbərlər