Ana Sayfa > Karusel / Təhsil > “Müəllimlərin sayı artsa, maaş azala bilər” – Emin Əmrullayev
“Müəllimlərin sayı artsa, maaş azala bilər” – Emin Əmrullayev1-03-2022, 15:58. Yazar: Admin |
"10-15 il əvvəl təhsildə buraxdığımız səhvlərin nəticələri ağır olur".
Nazir bildirib ki, işə götürülən müəllimlərin sayı süni şəkildə artırılsa, maaş azala bilər:
"Elə olub ki, məktəb direktoru 10-15 il bundan əvvəl 24 saat fizika dərsini 6 müəllim arasında bölüb. Bu zaman təbii ki, müəllimin maaşı aşağı olur. Bəzən deyirlər ki, filan yerdə müəllim işdən çıxıb, amma vakansiya yoxdur. Biz çalışırıq ki, müəllimlərin seçimi zamanı siniflərin sayına, dərs yükünün miqdarına görə bölgü aparaq. Hazırda orta məktəblərdə şagird-müəllim nisbəti düzəlib.
Məsələn, biz bu dəfə 6 min yox, 18 min müəllimi işə götürsək, yenə də 6 min müəllimin maaşı qədər maaş verəcəyik. Ona görə də, bununla bağlı ciddi dəyişikliklər hələlik çətindir". Geri dön |