Saytımızı qiymətləndirin


 
 

Ukrayna XİN ölkədəki xarici tələbələrlə bağlı bəyanat yayıb
Tarix: 28-02-2022 | Saat: 16:54
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna XİN

 

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ölkədəki xarici tələbələrlə bağlı bəyanat yayıb.

Qarabaginfo.az Ukrayna XİN-in mətbuat xidmətindən məlumat verilib.

XİN Ukraynanın müvafiq qurumlarından Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar öz ölkələrinə qayıtmaq və ya üçüncü ölkələrə köçmək istəyən xarici vətəndaşlara, o cümlədən tələbələrə dəstəyin gücləndirilməsini xahiş edib.

Bildirilib ki, Ukrayna hökuməti kütləvi axın olan dövlət sərhədindən onların keçidini asanlaşdırmaq üçün əlindən gələni edir: “Sərhəddə əcnəbi tələbələri qida ilə təmin etmək və digər humanitar ehtiyacları ödəmək üçün müvəqqəti könüllü yardım məntəqələri yaradılıb. Aktiv döyüşlər davam etdikcə, biz inanırıq ki, xarici tələbələrin Ukraynada yaşadıqları yerlərdə qalması daha təhlükəsizdir”.

Qeyd olunub ki, irqinə və milli mənsubiyyətinə görə xarici vətəndaşların dövlət sərhədini keçməsi zamanı heç bir ayrı-seçkilik yoxdur: “İlk gələnə ilk xidmət” yanaşması bütün millətlərə şamil edilir. Qadınlar və uşaqlar üçün icazə verilən müəyyən humanitar istisnalarla, standart sənədləşdirmə proseduru tətbiq olunur. Biz bütün dövlətləri Prezident Putindən Ukraynaya qarşı müharibəni dərhal dayandırmasını tələb etməyə çağırırıq. Bu, Ukraynada öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yol olar”.(Report)



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər