Saytımızı qiymətləndirin


 
 

Slovakiya Baş nazirinə atəş açan şəxs 71 yaşlı yazıçıdır
Tarix: 15-05-2024 | Saat: 19:45
Bölmə:Karusel / Kriminal | çapa göndər

Slovakiya Baş naziri Robert Fitsoya atəş açan şəxsin 71 yaşlı yazıçı və müxalif “Mütərəqqi Slovakiya” partiyasının tərəfdarı Yuray Çintula olduğu deyilir.

Qarabaginfo.az xəbər verir ki, xəbərin rəsmi təsdiqi yoxdur.

Ölkənin Daxili İşlər Nazirliyi atəş açan şəxsin qanuni silahı olduğunu bildirib. O, Baş nazir kabinet iclasından sonra vətəndaşların qarşısına çıxanda atəş açıb. Bundan əvvəl isə “Robo, bura gəl” deyə qışqırıb.

İddia edilir ki, 2016-cı ildə Çintula özəl mühafizə xidmətində çalışıb, oradan silah icazəsi var.

Fitsonun “Facebook”dakı rəsmi səhifəsində Baş nazirin həyatı üçün təhlükənin davam etdiyi və yaxın bir neçə saatın həlledici olacağı xəbəri yayılıb.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər