Saytımızı qiymətləndirin


 
 

Nikaha daxil olmadan ailə quranların sayı artır
Tarix: 28-02-2022 | Saat: 13:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Nikaha daxil olmadan ailə quranların sayı artır

Qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində qeyd olunub.

Bildirilib ki, qeyd edilənlər diqqətə alınaraq, kənd yerlərində vətəndaşların nikahın və doğumun qeydiyyata alınması ilə bağlı vaxtında müraciət etməsi üçün yerli icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, polis sahə müvəkkilləri, yerli tibb və təhsil müəssisələri, habelə icmalar səviyyəsində əhali arasında ünvanlı olaraq maarifləndirmə, məlumatlandırma və izahat işinin genişləndirilməsi məqsədə müvafiqdir.



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər