Mariupol və Peterburq qardaşlaşmış şəhərlər elan edildi: Riyakarlığın son həddinin aşılması...
Tarix: 02-06-2022 | Saat: 20:25
Bölmə:Karusel / Region | çapa göndər
1288 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-06-2022 | Saat: 20:25
Bölmə:Karusel / Region | çapa göndər

"Hər iki şəhəri birləşdirən faşistlər tərəfindən bombardman edilməsi və mühasirəyə salınmasıdır"
"Xolokostu və faşist işğalını yaşamış 91 yaşlı qadın Mariupolda evinin zirzəmisində soyuqdan, susuzluqdan və acından ölüb"
İyunun 1-də Rusiya Federasiyasının şimal paytaxtı olan Sank-Peterburqun rəhbəri Aleksandr Beqlov Mariupola gələrək, bu şəhərlə qardaşlıq münasibətləri barədə saziş imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Görüşdə ikinci tərəfdən "DXR"-dən administrasiya rəhbəri Konstantin İvaşşenko, senator Andrey Turçak və "DXR" rəhbəri Denis Puşilin iştirak edib.
Bundan öncə Aleksandr Beqlov Mariupolun xeyli hissəsinin məhv edilməsini şəhərin həyatında mürəkkəb mərhələ adlandırıb və mənzil-kommunal təsərrüfatı və tikinti sahəsində əlaqələri nizama salmağı vəd edib.
İnternet istifadəçiləri belə bir sənədin meydana çıxmasını "riyakarlığın son həddinin aşılması" adlandırıb.
Onlar qeyd edib ki, heç şübhəsiz, Mariupol və Sankt-Peterburqu bir çox şeylər birləşdirir: hər iki şəhəri faşistlər bombalayıb və mühasirəyə salıb.
Xatırladaq ki, Rusiya hərbçiləri tərəfindən Mariupol şəhərinin hərbi blokadası martın 1-də başlanıb və iki ay yarım davam edib.
Şəhər daima artilleriya atəşləri altında, elektriksiz, istiliksiz, ərzaqsız və rabitəsiz qalıb.
Blokada müddətində Mariupol Yer üzündən silinib.
Administrasiyanın məlumatına görə, şəhərdə 20 min sakin həlak olub.
Xolokostu və faşist işğalını yaşamış 91 yaşlı Vanda Obyedkovanın ölümü böyük ictimai rezonansa səbəb olub.
O, aprelin 21-də evinin zirzəmisində soyuqdan, susuzluqdan və acından ölüb.
Aprelin sonunda Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı hərbi əsirlərin Mariupoldan dinc əhalinin çıxarılması üçün təhlükəsiz dəhlizə və "Azovstal"da müdafiə olunan ukraynalı hərbçilərə dəyişmək təklifini verib.
Mayın 16-da döyüşçülərin kombinatın ərazisindən "təxliyəsi" başlanıb və şəhər təslim olub.
Xəbəri paylaş
Digər xəbərlər
11-07-2023, 14:20
“Neftçi”də yeni baş məşqçi TƏYİNATI - FOTOLAR
26-05-2022, 20:46
ÜST rəhbəri Azərbaycan Prezidentinin təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib
10-07-2020, 11:33
Laçın rayon İcra Hakimiyyəti dezinfeksiya işlərini davam etdirir
23-04-2026, 20:19
Repetitorsuz hazırlaşaraq 300 bal TOPLADI
3-07-2026, 20:07
Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun qəbul edilib
18-03-2025, 13:33
Kreml Putinlə Trampın telefon danışığının vaxtını açıqlayıb
3-02-2020, 18:39
Bu da KİVDF-nin pul ayırdığı qəzetlər - Siyahı
5-06-2022, 17:30
Şəkidə turist avtobusu aşdı - yaralılar var














