Tarix: 28-02-2023 | Saat: 13:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var".
Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Semonyan deyib.
Spiker bunun prosesə mane ola biləcəyinə işarə edərək, həmin təkliflərin nədən ibarət olduğunu səsləndirməkdən imtina edib. O, sadəcə bunu deməklə kifayətlənib ki, söhbət beynəlxalq səviyyədə tanınmış prinsiplərdən gedir.
"Ermənistan tərəfi ölkənin dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək “bomba”ların sənədə daxil edilməsini birmənalı şəkildə qəbul etmir. Onu da deyim ki, sülh müqaviləsində Qarabağla bağlı bəndlər olmamalıdır", - spiker əlavə edib.
Semonyan qeyd edib ki, Ermənistan tərəfinin son təkliflərinə Bakının reaksiyası barədə məlumatı yoxdur: "Bununla belə, növbəti görüşün təşkili ilə bağlı həmişə müzakirələr gedir".Modern.az
Digər xəbərlər