Tarix: 04-08-2022 | Saat: 17:38
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Norveçin Utoya adasında gənclər düşərgəsində deyib.
“Putinin istədiyini hərbi güc tətbiq edərək əldə etdiyi bir dünya bizim üçün çox təhlükəli bir dünyadır. Əgər Rusiya bu müharibədə qalib gəlsə, o, (Vladimir Putin) təsdiqləyəcək ki, zorakılıq işə yarayır. O zaman digər qonşu ölkələr növbəti (hədəf) ola bilər”, - Stoltenberq bildirib.
NATO Baş katibi qeyd edib ki, bu münaqişədə NATO-nun iki tapşırığı var: Ukraynanın dəstəklənməsi və münaqişənin NATO və Rusiya arasında tammiqyaslı müharibəyə çevrilməsinin qarşısının alınması.
O əlavə edib ki, NATO Ukraynanın beynəlxalq hüquqla müəyyən olunmuş özünümüdafiə hüququnu dəstəkləyir və Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi tarixdən etibarən NATO, həmçinin üzv ölkələr ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə Ukraynaya yardım edib.
Stoltenberq vurğulayıb ki, təxminən 1 ay öncə keçirilən Madrid sammitində bütün NATO ölkələri Ukraynanın lazım olduğu qədər dəstəklənməsində razılaşıblar.
Digər xəbərlər