Saytımızı qiymətləndirin


 
 

Göyçayda karantin rejimi ilə bağlı reyd keçirilib, qaydaları pozanlar cərimələnib
Tarix: 25-02-2022 | Saat: 19:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göyçayda karantin rejimi ilə bağlı reyd keçirilib, qaydaları pozanlar cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-yoxlama tədbirləri həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Qarabaginfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən şəxslərlə izahedici söhbətlər aparılıb. Rayondaxili marşrut avtobuslarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.

Mağazalarda, ictimai iaşə obyektlərində, eləcə də digər qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən satıcılar aşkarlanıb,onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Mövcud qayda və tələblərə riayət etməklə fəaliyyət göstərməyin vacibliyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər