Saytımızı qiymətləndirin


 
 

Rusiya-Ukrayna savaşı neftin qiymətini bahalaşdırır
Tarix: 24-02-2022 | Saat: 13:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Rusiya və Ukrayna arasında başlanan müharibə artıq neft bazarına öz təsirini göstərir”.

 

Bu barədə Qarabaqinfo.az-a iqtisadçı, deputat Vüqar Bayramov danışıb. O qeyd edib ki, müharibə ilə bağlı anonslar yayılan kimi neftin dünya bazarlarında qiyməti sürətlə artmağa başlayıb:

 

“Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması ilə neftin dünya bazarında qiyməti bir gün ərzində 7 faiz bahalaşdı. Artıq "Brent" markalı neftin qiyməti 102 dollara satılır.

 

Bir müddət öncə böhran yarananda da bildirilmişdi ki, müharibə olacağı təqdirdə neftin bazar qiyməti 100 dolları keçəcək. Bu gün səsləndirilən ehtimallar təsdiqini tapdı".

 

 

Deputatın sözlərinə görə, növbəti dövrdə də Rusiya-Ukrayna qarşıdurması neftin bazar qiymətlərinə birbaşa təsiri özünü göstərəcək:

 

"Rusiya gündəlik 12 milyon barel neft hasilatı ilə dünyada ən çox neft istehsal edən üç ölkədən biridir. Bu əməliyyatlar fonunda Rusiya neftinin ixracatının məhdudlaşdırılması, Rusiyaya sanksiyalar genişləndiriləcəyi halda enerji sektoruna təsiri də dünya bazarlarında neftin qiymətini müəyyənləşdirəcək.

Neftin dünya bazarlarında qiymətinin necə dəyişəcəyi savaşın müddətindən asılı olacaq. Qarşıdurma daha uzunmüddətli olarsa, Rusiyaya enerji sektoru ilə bağlı sanksiyalar tətbiq edilərsə, neftin qiymətindəki artımlar daha çox olacaq”.(modern.az)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər
5-10-2018, 10:08 Lerikdə zəlzələ olub