Saytımızı qiymətləndirin


 
 

"Hakimlərin Etik Davranış Kodeksi” layihəsi təsdiq olunub
Tarix: 01-07-2026 | Saat: 11:18
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

"Hakimlərin Etik Davranış Kodeksi” layihəsi təsdiq olunub

İyunun 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Qurumdan Qarabaginfo.az-a verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikası məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihələri təsdiq olunub.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər