Tarix: 14-02-2022 | Saat: 08:31
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair imzaladığı qanun "Resmi Gazete"də dərc olunub.
Qarabaginfo.az xəbər verir ki, qanun qüvvəyə minib.
Qeyd edək ki, fevralın 11-də Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.
Digər xəbərlər