Ana Sayfa > Karusel / Qarabağ > Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun “Resmi Gazete”də dərc olunub

Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun “Resmi Gazete”də dərc olunub


14-02-2022, 08:31. Yazar: Admin

Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun “Resmi Gazete”də dərc olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair imzaladığı qanun "Resmi Gazete"də dərc olunub.

Qarabaginfo.az xəbər verir ki, qanun qüvvəyə minib.

Qeyd edək ki, fevralın 11-də Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.


Geri dön