Saytımızı qiymətləndirin


 
 

Ermənistanda maye qaz bahalaşıb
Tarix: 02-05-2019 | Saat: 11:40
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ermənistanda maye qazın qiyməti bahalaşıb.

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

“Hökumətin zəmanət verməsinə baxmayaraq, ölkədə maye qazın qiyməti ən azı 10 faiz bahalaşıb. Bunun səbəbi bu il mayın 1-dən yanacağın kub metrlə deyil, kilqramla satılmağa başlanmasıdır. Satışın ölçü vahidi dəyişməklə əlavə dəyər vergisi də artıb”, - deyə qəzet vurğulayıb.

Hazırda Ermənistanda maye qazın bir kiloqramı 300 drama (60 sent-red.) satılır. Əvvəllər bu məbləğə 220 kubmetr maye qaz almaq olurdu. Bir kub metr maye qaz 720 qramdır.

Qeyd edək ki, bu barədə hələ iki ay əvvəl məlumat yayılmışdı.



Xəbəri paylaş

572 dəfə oxunub.

Digər xəbərlər